Kiberzorakılığa qarşı mübarizə: Yekun tədbir və Videoçarxın təqdimatı –FOTOLAR

“Yeniyetmələr arasında kiberzorakılıq, qısnama hallarına qarşı mübarizə” adlı layihə çərçivəsində yekun tədbir və videoçarxın təqdimatı keçirildi.

Tədbirdə  Müasir Qadın və Cəmiyyət İB sədri Fidan Kazımova, Azərbaycan Dövlət Neft  Sənaye  Universitetinin nəzdində Bakı Neft- Energetika Kollecinin Təlim-tərbiyə işləri üzrə direktor müavini Hüseyn Hüseynov, Bakı Dövlət Universitetinin Sosial Elmlər Psixologiya fakultəsinin  müəllimi  Lalə Maxsudova,  kollecin müəllim və pisixoloqları,  Azərbaycan Dövlət Neft  Sənaye Universitetinin nəzdində Bakı Neft-Energetika  Kollecinin II-III kurs tələbələri iştirak etdilər.

25.10.2024- cü il tarixdə keçirilən tədbirdə kiberzorakılığın mənfi təsirləri, kiberzorakılıqla mübarizəni əks etdirən animasiya video-çarx auditoriyaya  təqdim olundu. Müasir Qadın və Cəmiyyət İB sədri Fidan Kazımova çıxış edərək bildirdi ki, Azərbaycan Respblikasının Qeyri-Hökumət Təşkilatlarına Dəstək Agentliyinin maliyyə dəstəyi və Müasir Qadın  və Cəmiyyət İB tərəfindən “Yeniyetmələr arasında kiberzorakılıq, qısnama hallarına qarşı mübarizə” adlı layihə çərçivəsində  hazırlanan bu qısametrajlı animasiya video- çarx gənc və yeiyetmələrə kiberzorakılıqla mübaizənin yolları, bullinq və.s  kimi neqativ halların  aradan qaldırılmasına  dəstək məqsədi ilə hazırlanıb. O həmçinin bildirdi ki, layihə uşaq və yeniyetmələr arasında müxtəlif psixi travmaların, qloballaşmanın mənfi təsirlərinin yaratdığı deviant davranış və suisid meyllərinin aradan qaldırılması yönündə məktəb psixoloqlarının şagird, müəllim və valideynlərlə aparmalı olduqları maariflən­dirmə, profilaktika, reabilitasiya və s. işlərin təşkili sahəsində bacarıqlarının formalaşdırılmasına istiqamətlənib.

Tədbirdə çıxış edən psixoloq, müəllimlər vurğuladlar ki, rəqəmsal texnologiyaların  faydalarından bəd niyyətlə istifadə edənlər öz məqsədlərinə nail olmaq üçün yeniyetmə və gənclərə, xüsusən də qızlara daha çox zərər verirlər. Kiber zorakılığa məruz qalanlar müəllimlərin, ailənin və sosial çevrənin  qınağından çəkinərək bunu gizli saxlamağı üstün tutaraq stresə, depressiyaya düşür, bəzi hallarda isə öz həyatlarına son qoymağa qərarlı olurlar. Bu kimi halların nəticəsidir ki, son illər dünyada və ölkəmizdə yeniyetmələr, məktəblilər arasında intihar  hallarının artımı müşahidə olunur. Bunu  bir sıra iqtisadi amillərlə, valideyn və müəllimlərin qeyri-etik davranışı,  məktəb psixoloqlarının öz işini bilməməsi və s. ilə də əlaqələndirmək olar. Beynəlxalq praktikaya və Azərbaycan Respublikasının Təhsil haqqında Qanununa əsasən hər bir təhsil ocağının adminstrativ heyəti, müəllimlər, psixoloqlar, valideynlər birlikdə şagirdlərlə davamlı iş aparmalıdırlar.

Daha sonra Azərbaycan Dövlət Neft Sənaye Universitetinin nəzdində Bakı Neft- Energetika  Kollecinin Təlim-tərbiyə işləri üzrə direktor müavini Hüseyn Hüseynov çıxış edərək  Müasir Qadın və Cəmiyyət İB-nə təşəkür edərək bildirdi ki, belə aktual mövzu üzrə tədbirlərinkeçirilməsi, kiberzorakılıq barədə maarifləndirici  resursların təqdim olunması çox  vacibdir.

Bakı Dövlət Universitetinin Sosial Elmlər Pisixologiya fakultəsinin Gender və Tətbiqi Psixologiya kafedrasının müəllimi Lalə Maxsudova tədbiri davam etdirərk bildirdi ki, məhz bu günkü tədbiri keçirilməsində məqsəd informasiya və kommunikasiya texnologiyalarından istifadə zamanı yeniyetmə və gənclərin (xüsusən də qızların) üzləşdiyi kiber-zorakılıq, kiberbullinqin törətdiyi müxtəlif psixi travmaların, intihara meylliliyin, eyni zamanda qloballaşmanın mənfi təsirlərinin yaratdığı deviant davranış və suisid meyllərinin aradan qaldırılmasına dəstək olmaq və kiberzorakılıq, bullinq hallarına qarşı susqunluğun aradan qaldırıması və ictimai qınağın formalaşdırılmasıdır.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.