Rusiyanın dərinliklərinə zərbə qərarı ABŞ-ın Ukrayna münaqişəsində iştirakı demək deyil- Ağ EV

Əgər ABŞ öz silahları ilə Rusiya ərazisinin dərinliklərinə zərbə endirilməsinə icazə versəydi, bu, Vaşinqtonun Ukrayna münaqişəsində iştirakı demək olmayacaqdı.

Azpost.info xəbər verir ki, bunu ABŞ prezidentinin müşaviri Ceyk Sallivan deyib.

O qeyd edib ki, Ağ Evin müvafiq qərarı ABŞ-ın münaqişənin başlanğıcından bəri izlədiyi siyasətin davamıdır.

“Əgər Birləşmiş Ştatlar hər hansı silah sistemindən, o cümlədən ATACMS-dan istifadəyə icazə verirsə, bu, ABŞ-ın müharibədə birbaşa iştirakı mənasına gəlmir”, – Sallivan deyib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.