Göygöldə 62 yaşlı kişi ağacdan yıxılaraq ölüb

Göygöldə bədbəxt hadisə baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Çaykənd kəndində qeydə alınıb.

Belə ki, kənd sakini 1964-cü il təvəllüdlü X. Cəlilov yaşadığı evin həyətində qoz ağacından yıxılaraq ölüb.

Hadisə yerinə polis əməkdaşları cəlb edilib.

Faktla bağlı araşdırma aparılır.

AzPost.az

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.