Yaponiya Rusiya ilə sülh müqaviləsi bağlamaq istəyir

Yaponiya Baş naziri Şigeru İşiba bildirib ki, onun hökuməti Yaponiya-Rusiya münasibətlərindəki mövcud çətinliklərə baxmayaraq, Rusiya ilə ərazi problemini həll etmək və sülh müqaviləsi bağlamaq öhdəliyinə sadiqdir.

Azpost.info xəbər verir ki, bu barədə hökumət başçısı parlamentdə çıxışı zamanı bildirib.

“Yaponiya-Rusiya münasibətləri ağır vəziyyətdədir, lakin ölkəmiz ərazi probleminin həlli və sülh müqaviləsinin bağlanması istiqamətində öz kursunu davam etdirəcək”, – Baş nazir qeyd edib.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.