Meyxanaçı Xəyyam Əhmədli vəfat edib

Uzun müddətdir xəstəlikdən əziyyət çəkən meyxanaçı Xəyyam Əhmədli vəfat edib.
Azpost.info “Qafqazinfo”-ya istinadən bildirir ki, o, evində dünyasını dəyişib.
Məlumatı onun sənət yoldaşları saytımıza təsdiq ediblər.
Qeyd edək ki, tanınmış meyxanaçı 1980-ci ildə Bakıda anadan olub. O, 2023-cü ildə insult keçirmişdi və ağır ürək problemi yaranmışdı. Xəyyam Əhmədli Azərbaycan ordusunun zabiti Ramil Səfərova Macarıstanda həbsdə olarkən həsr etdiyi “Hələ oğlun salamatdır” adlı meyxanası ilə məşhurlaşmışdı.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.