Yaşlı insanlar üçün ən faydalı meyvə hansıdır?- Dietoloq açıqladı

Ananas yaşlı insanlarda immunitet sistemini gücləndirir, bağırsağın fəaliyyətini yaxşılaşdırır və qan təzyiqini aşağı salır

Azpost.info xəbər verir ki, bunu rusiyalı həkim-dietoloq Yelena Solomatina deyib.

Onun sözlərinə görə, bu meyvə vitamin və liflə zəngindir.

“Ananasın tərkibində kalium və maqnezium da var, ona görə də mülayim sidikqovucu təsir göstərir və qan təzyiqini bir qədər azaldır. Digər xüsusiyyətləri ilə yanaşı, o, yaxşı lif mənbəyidir”, – həkim bildirib.

Dietoloq qeyd edib ki, ananas immunitetin qorunması üçün lazım olan C vitamini və qan damarlarını və oynaqları gücləndirən kollagen sintezi ilə zəngindir. Meyvənin nüvəsində qidaların həzminə kömək edən bromelain fermenti də var.

Həkim əlavə edib ki, kiçik hissələrdə yemək tövsiyə olunan təzə ananas seçmək daha yaxşıdır. Tərkibində yüksək şəkər olduğu üçün konservləşdirilmiş meyvələrdən uzaq durmaq lazımdır.

Azpost.info

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.