“Rusiya Ermənistanla ticarət dövriyyəsinə görə birinci yerdədir” –Baş nazir Mişustin

“Rusiya üçün MDB dövlətləri əsas tərəfdaşlar və ən yaxın müttəfiqlərdir”.

Azpost.info bildirir ki, bu sözləri Rusiyanın Baş naziri Mixail Mişustin bildirib.

Onun sözlərinə görə, qonşu ölkələr arasında ticarət və humanitar əlaqələrin genişlənməsi isə təbii prosesdir. Baş nazir deyib ki, MDB ölkələrinin Rusiyanın xarici ticarətində payı 16,2%-ə yüksəlib. Cari ilin yanvar-sentyabr aylarında qarşılıqlı ticarət dövriyyəsi 11 faizdən çox artıb.

Üçüncü rübün nəticələrinə görə, ölkəmiz  Belarusla  (52,7%) və Ermənistanla (41,1%) ticarət dövriyyəsinə görə birinci, Qazaxıstan (18,7%), Özbəkistan (18%), Qırğızıstan (23%) ilə ticarət dövriyyəsinə görə ikinci yerdədir”-deyə Baş nazir vurğulayıb.

Mişustin bildirib ki, Rusiya MDB ölkələrinin ən böyük tədarükçüsü olaraq qalır və regionun ən böyük iqtisadiyyatı kimi mühüm bazardır.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.