Bakıda “metallom”dan külli miqdarda mis oğurlandı

Bakıda metal qəbulu məntəqəsindən oğurluq edilib.

Daxili İşlər Nazirliyindən AzPost-a verilən xəbərə görə, dekabrın 25-də Səbail rayonu Yeni Salyan şosesində bir nəfərə məxsus metal qəbulu məntəqəsindən 1500 manat dəyərində mis oğurlanması barədə polisə məlumat daxil olub.

Səbail rayon Polis İdarəsinin 8-ci Polis Bölməsi əməkdaşları tərəfindən keçirilən tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən Y.Quliyev müəyyən olunaraq saxlanılıb.

Araşdırma aparılır.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.