İkiqat olimpiya mükafatçısı həbs edilib- SƏBƏB

ABŞ-də 100 metr məsafəyə qaçışda ikiqat olimpiya mükafatçısı Fred Kerli Mayami-Biçdə həbs edilib. Bu barədə NBC telekanalı məlumat yayıb.

Qeyd olunub ki, Kerli əvvəlcə avtomobili ilə bağlı polislə danışıb, daha sonra ərazini tərk etməkdən imtina edərək aqressiv davranışlar göstərməyə başlayıb. Bundan sonra idmançıya qarşı tapança tipli elektroşokerdən istifadə edilib və o, saxlanılıb.

İdmançı polis əməkdaşına hücum etmək, ictimai asayişi pozmaq və polisə müqavimət göstərməkdə şübhəli bilinir. Kerlinin 29 yaşı var. O, son iki Olimpiadada 100 metr məsafəyə qaçışda medal qazanıb – Tokioda gümüş və Parisdə bürünc. Onun dünya çempionatında da üç qələbəsi var.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.