ABŞ Serbiyanın neft şirkətinə sanksiya tətbiq etdi

ABŞ Maliyyə Nazirliyi Serbiyanın “Naftna Industrija Srbije” (NIS) neft şirkətini sanksiya siyahısına daxil edib.

Azpost bildirir ki, Amerika bu addımı Rusiyanın enerji sektoruna tətbiq edilən yeni məhdudiyyətlərin bir hissəsi olaraq atıb.

Serbiya Prezidenti Aleksandar Vuçiç ABŞ-ın bu qərarını şərh edərkən deyib: “NIS”ə qarşı çox ciddi sanksiyalar tətbiq olunub. Bu, Serbiyada bir şirkətə tətbiq edilən ən ağır sanksiyalardır. Ölkəmiz bu məsələdə məsuliyyətli və ciddi reaksiya verəcək. ABŞ-ın sanksiyaları çox sərtdir və bunu pozanlar üçün ciddi nəticələrə malikdir”.

Aleksandar Vuçiç bildirib ki, “NIS” son 16 ildə Serbiyanın həm büdcəsinə, həm də çoxsaylı inkişaf layihələrinə əhəmiyyətli töhfə verib.

Xatırladaq ki, Serbiya hökuməti 2008-ci ildə “NIS” şirkətini Rusiyanın “Gazprom Neft” şirkətinə satıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.