Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Metalı belə əridən mədə turşusu mədəmizə niyə zərər vermir?

Orkhan Ali 31 Yanvar 2026 - 10:22 (Last updated: 31 Yanvar 2026 - 10:02)
1
Mədə turşusunun bəzi metalları belə əridə biləcəyi məlum bir həqiqətdir. Amma bu qədər güclü bir maddə mədəmizin içində necə olur ki, heç bir zərər vermədən fəaliyyət göstərə bilir?
Qaynarinfo xarici mediaya istinadən xəbər verir ki, mədəmizdə hidroklorik turşu adlanan son dərəcə aşındırıcı bir kimyəvi birləşmə mövcuddur. Xalq arasında “mədə turşusu” adlandırılan bu maddə, həzm fermentlərinin qidaları parçalamağına və bakteriyaların öldürülməsi üçün uyğun şərait yaratmağa xidmət edir. Lakin bədənin başqa yerlərində ciddi zərərlərə səbəb ola biləcək bu turşu mədə toxumalarına zərər vermir.
Mədəmizi bu güclü turşunun təsirindən qoruyan şey isə qalın bir selik (mukus) təbəqəsidir. Bu selik, müsin adlanan böyük qlikoproteinlər və onlara bağlanan şəkər molekulları ilə zəngindir. Məsələn, N-asetilqlükozamin və sialik turşu, seliyin sürüşkən və həzmə qarşı davamlı olmasına kömək edir.
Bu seliklər mədədə iki fərqli təbəqə yaradır: biri mədə astarına yapışmış qalın, yapışqan bir təbəqə, digəri isə daha sərbəst, jelə bənzər bir təbəqədir. Bu sərbəst təbəqə bağırsaq mikrobiomunu təşkil edən “yaxşı bakteriyalar”ın yaşadığı məkandır.
Amma müəyyən hallarda mədə turşusu selik təbəqəsini aşmağı bacararsa, toxumalara zərər verə bilər. Mədənin tunika mukoza qatında yerləşən paryetal hüceyrələr tərəfindən ifraz olunan bu turşunun pH dəyəri sərbəst qaldıqda 0,8-ə qədər düşə bilər. Bu isə onun son dərəcə güclü bir turşu olduğunu göstərir. “The Institute of Human Anatomy”nin məlumatına görə, mədə turşusu digər mədə ifrazatları ilə qarışdıqdan sonra pH 1-3 arasında balanslanır.
Mədədəki selik təbəqəsi bu turşunu mədə astarından uzaq saxlayan bir fiziki baryer rolunu oynayır. Həmçinin, selik turşunu neytrallaşdıra bilən bikarbonat maddəsi ilə zəngindir. Mədə yanmasına qarşı istifadə edilən dərmanların çoxunun bikarbonat tərkibli olması da bununla əlaqəlidir. Çünki mədə turşusu bədənin başqa yerlərinə keçdikdə yanma hissi yaradır və bikarbonat bu hissi azalda bilir.
Təəssüf ki, mədədəki selik baryerini zəiflədə bilən bəzi parazitlər və bakteriyalar mövcuddur. Bu baryer zəiflədikdə bakteriyalar mədə toxumalarına sızaraq bağırsaq iltihabına və digər mədə xəstəliklərinə səbəb ola bilər.
Ciddi hallarda yaralar qan damarlarını zədələyərək daxili qanaxmaya səbəb ola bilər. Hətta bir yara deşilərsə, turşu qarın boşluğuna sızaraq peritonitə gətirib çıxara bilər. Peptik yara xəstəliyinin bu ağırlaşması tibbi bir təcili yardım vəziyyəti hesab edilir.
Digər tərəfdən, mədə turşusunun mədə xaricinə sızmasının daha geniş yayılmış bir yolu reflüksdür. Reflüks xəstəliyindən əziyyət çəkənlər mədə turşusunun qida borusuna keçməsinin nə qədər narahat bir hiss olduğunu yaxşı bilirlər. Normalda, alt özofageal sfinkter adlanan bir “klapan” qidanın mədədən qida borusuna geri qayıtmasının qarşısını alır. Amma alkoqol qəbulu və siqaret çəkmək kimi zərərli vərdişlər bu klapanın zəifləməsinə və turşunun sızmasına səbəb ola bilər.

AzPost.az

Post navigation

Previous: Məhəmməd Əmin Rəsulzadə və Səudiyyə Kralı bir yerdə –
Next: Britaniyada SSRİ-yə casusluq edən Kembric tələbələri –

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.