Gürcüstanın Baş naziri İrakli Kobaxidze yanvarın 17-də Azərbaycan Respublikasına işgüzar səfərə gəlib.
AzPost xəbər verir ki, hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda Gürcüstanın Baş nazirinin şərəfinə fəxri qarovul dəstəsi düzülüb.
Gürcüstanın Baş naziri İrakli Kobaxidzeni hava limanında Azərbaycan Respublikası Baş nazirinin müavini Samir Şərifov və digər rəsmi şəxslər qarşılayıblar.
Gürcüstanın Baş naziri ilə Azərbaycan Prezidenti arasında görüş zamanı əlaqələrimizin daha da dərinləşməsi üçün zəruri olan bütün vacib məsələlər müzakirə olunacaq.
Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili Bakıda jurnalistlərə açıqlamasında belə deyib.
Nazirin sözlərinə görə, bu gün Gürcüstan və Azərbaycan arasında iqtisadi əməkdaşlıq üzrə hökumətlərarası komissiyanın 10-cu iclası keçiriləcək ki, bu da iki ölkənin baş nazirlərinin rəhbərliyi ilə çox mühüm formatdır.
“Komissiyanın iclasında Gürcüstan və Azərbaycan hökumətinin üzvləri iştirak edəcək. Təbii ki, biz iki ölkə arasında münasibətlərdə mövcud olan bütün məsələləri, xüsusilə bizi Azərbaycanla birləşdirən müxtəlif sektorlardakı strateji tərəfdaşlığı müzakirə edəcəyik. Təbii ki, görüşlər ən yüksək səviyyədə keçiriləcək, Gürcüstanın Baş nazirinin Azərbaycan Prezidenti ilə görüşü olacaq və əlaqələrimizin daha da dərinləşməsi üçün zəruri olan bütün vacib məsələlər bu formatda müzakirə olunacaq”- Maka Boçorişvili deyib.