Unibank vətəndaşın 50 manatını qaytarmır
Vətəndaş Bənövşə Əfəndi Unibankdan şikayətçidir. AzPost xəbər verir ki, yanvarın 19-da kart balansına göndərilən 50 manat məbləğ hesabına oturmayıb.
“50 AZN-ni 3 gün kartıma köçürüb qurtara bilmirlər. Artıq neçə gündür əlaqə saxlayıram, amma bir nəticə yoxdur”- deyə vətəndaş şikayətində bildirib.
Bənövşə Əfəndi qeyd edib ki, bir müddət əvvəl xarici saytlardan birindən şifariş verən zaman balansında 35 dollar əlavə pul tutulub. Bank bu pulu da bu günə kimi ona geri qaytarmayıb.
Qarşı tərəfin mövqeyini dərc etməyə hazırıq.

Unibank müştəriyönümlü bank olaraq əsas fəaliyyət istiqamətlərini müştərinin istəkləri, ehtiyacları və rahatlığı üzərində qurub. Müştərinin istəklərindən, tələblərindən irəli gələrək çıxılan bu yol, onu dinləyərək daim inkişafa aparır.