AZAL-ın təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri açıqlanacaq

AZAL-ın təyyarəsi
AZAL-ın təyyarəsi

AZAL-ın təyyarəsi ilə bağlı təhqiqatın ilkin nəticələri bu tarixdə açıqlanacaq.

Qəzaya uğrayan təyyarə ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq.

AzPost xəbər verir ki, bu barədə Qazaxıstan Baş nazirinin müavini Kanat Bozumbayev bildirib.

O qeyd edib ki, Aktau yaxınlığında baş verən təyyarə qəzası ilə bağlı təhqiqatın ilkin nəticələri gələn həftə açıqlanacaq.

Qeyd edək ki, ötən il dekabrın 25-də AZAL-ın Bakı-Qroznı reysini yerinə yetirən sərnişin təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə 62 sərnişin, 5 ekipaj üzvü olub. Qəza nəticəsində 38 nəfər həlak olub, 29 nəfər sağ qalıb.

Mütəxəssislərin gəldiyi ilkin qənaət odur ki, burada kənar müdaxilə olub. Təyyarənin uçma trayektoriyasına baxılsa, onun uçuş istiqamətini Mahaçqala üzərindən Aktauya doğru götürdüyü aydın olur. Artıq burada təyyarəyə enişə icazənin verilib-verilməməsi istintaqın nəticəsinə görə müəyyən olunacaq. Bundan başqa, pilotun qəza enişini hansı məqsədlə etdiyini də istintaq müəyyən edəcək.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.