Ötən il sığorta pulu ilə 166 milyon manat müavinət ödənilib
2024-cü ilin yanvar-dekabr ayları ərzində məcburi dövlət sosial sığorta haqları hesabına verilən müavinətlər üzrə ümumilikdə 166,5 milyon manat vəsait ödənilib.
Bu barədə AzPost-a DSMF-dən bildirilib.
Bu məbləğ ötən ilin analoji dövründə ödənilmiş vəsaitdən 3,5 milyon manat və ya 2,2% çoxdur.
Qeyd edək ki, 2024-cü ilin yanvar-dekabr aylarında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 179 089 nəfər və ya 3,59% artıb.
Beləliklə, 2025-ci ilin 1 yanvar tarixinə uçota alınmış sığortaolunanların sayı 5 163 590 nəfər təşkil edib.
2024-cü ilin yanvar-dekabr ayları ərzində 35 min nəfərdən çox şəxsə proaktiv qaydada yaşa, əlilliyə və ailə başçısını itirməyə görə pensiya təyinatı aparılıb.
Onların 71,4%-ni kişilər, 28,6%-ni isə qadınlar təşkil edib.
2024-cü ilin yanvar-dekabr ayları ərzində 151 mindən çox proaktiv qaydada sosial müavinət (aylıq və birdəfəlik) və təqaüd təyin olunub.
Onların 52,7%-ni kişilər, 47,3%-ni isə qadınlar təşkil edib.
2024-cü ilin yanvar-dekabr ayları ərzində Dövlət Sosial Müdafiə Fondunun fəaliyyət istiqamətləri üzrə ümumilikdə 529 289 vətəndaş müraciəti qeydə alınıb.
Müraciətlərdən 193 528-i pensiya, 129 931-i müavinət, 18 734-ü Prezident təqaüdü, 134 150-si ünvanlı dövlət sosial yardımı, 12 594-ü fərdi uçot və sosial sığorta, 3 174-ü dövlət icbari şəxsi sığorta və 37 178-i isə digər istiqamətlərlə bağlı olub.