Dəmir çatışmazlığı nəyə səbəb olur? – Həkim

“Düzgün qidalanma dedikdə, dəmirlə zəngin qida rasionu nəzərdə tutulur”.

Ölkə.Az xəbər verir ki, bu sözləri həkim-hematoloq Şəhla Şabanova deyib.

Onun sözlərinə görə, əsasən, qırmızı ət, yumurta, quru meyvələr, yarpağı tünd olan tərəvəzlər (çuğundur, pazı), orqanik meyvələr, tut bəhməzi, qarabaşaq dəmirlə zəngin hesab olunur: “Eyni zamanda, mövsümi meyvə-tərəvəzlər dəmirlə zəngin olsa da, birtərəfli bitki mənşəli qidalanmada yenə də qan azlığı yarada bilər. Bu səbəbdən, həm meyvə-tərəvəz, həm də ət məhsullarından istifadə edilməlidir”.

Ş.Şabanova vurğulayıb ki, orqanizmdə dəmirin miqdarında azalma, dəmir itkisi və ya qida vasitəsilə qəbulunun azalması nəticəsində qan azlığı ola bilər: “Qan azlığı zamanı erkən yorulma, təngnəfəslik, halsızlıq, başgicəllənmə, ətrafların soyuq olması, ürək döyüntüsünün artması, saçların qırılaraq tökülməsi, ağız bucaqlarında çatların yaranması və digər şikayətlər müşahidə edilə bilər”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.