Yanvarın 27-də Bakıda saxlanılan rusiyalı keçmiş məhkəmə hakimi Yelena Xaxalyeva ölkəsinə ekstradisiya ediləcək.
AzPost bildirir ki, bu barədə RİA -Novosti mənbəyə istinadən məlumat yayıb.
Bakıda saxlanılan sabiq hakim məhkəmənin qərarından sonra Rusiyaya ekstradisiya olunacaq.
Qeyd edək ki, Rusiya tərəfi bir müddət əvvəl sabiq məhkəmə hakimi barəsində dələduzluq və xidməti vəzifəsindən sui-istifadə ittihamları ilə axtarış elan edib və Rostov-na-Don məhkəməsi qiyabi həbs qərarı çıxarıb. Xaxalyevanın hava limanında saxlanılmasından Rusiyanın müvafiq orqanlarından onun ekstradisiyası üçün zəruri sənədlər istənilib. İstintaqın versiyasına görə, o, hiylə ilə təxminən 1,2 milyon rubl ələ keçirib, həmçinin iş saatlarının uçotu ilə bağlı sənədləri saxtalaşdırıb.
Rusiyanın İstintaq Komitəsi Xaxalyevanın barəsində həbs qərarı çıxarıb və onu beynəlxalq axtarışa verib, 2022-ci il mayın 17-də ona qarşı dələduzluq və vəzifə saxtakarlığı ittihamları irəli sürülüb.
Xatırladaq ki, dələduzluqda və vəzifə saxtakarlığında şübhəli bilinən Rusiyanın Krasnodar vilayətinin keçmiş hakimi Yelena Xaxaleva Bakıda hava limanında saxlanılıb.
AzPost bildirir ki, bu barədə “İzvestiya” qəzeti məlumat yayıb.
Rostov-na-Donu şəhərinin Leninski Rayon Məhkəməsi 2022-ci ildə Xaxalevabarəsində qiyabi həbs qərarı verib. Həmin il mayın 16-da o, beynəlxalq axtarışa verilib.
2021-ci ildə Xakhalevanın qızının toy mərasimindən video yayımlandıqdan sonra hakim ətrafında qalmaqal yaranıb. Onun ali təhsil diplomunun saxta olduğu aşkarlanıb. Bu səbəbdən qadın belə yüksək vəzifə tuta bilməzdi.
2021-ci ilin dekabrında Rusiya Hakimlərinin Yüksək İxtisaslı Kollegiyası Xaxalevaya qarşı cinayət işinin başlanmasına icazə verib. Bundan əvvəl Rusiya İstintaq Komitəsinin sədri Aleksandr Bastrıkin bunu tələb etmişdi. Elə həmin ay məlum olub ki, Xaxaleva Rusiyanı tərk edərək Gürcüstana köçüb. O, qaçmazdan əvvəl Rusiyadakı evini 85 milyon rubla sata bilib.
Rusiyada Xaxalevanı 15 ilə qədər həbs gözləyir.