Sabiq deputat Eldəniz Səlimov azadlığa buraxlıb
AzPost report.az-a istinadən xəbər verir ki, sabiq deputatın bu gün cəza müddəti başa çatıb və Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 10 saylı cəzaçəkmə müəssisəsindən Sabiq deputat Eldəniz Səlimov azadlığa buraxlıb.
Avqustun 3-də deputat toxunulmazlığı ləğv olunan Eldəniz Səlimov barəsində 3 ay həbs-qətimkan tədbiri seçilib.
Millət vəkili Eldəniz Səlimov polis əməkdaşına zorakı davranışa yol verməkdə ittiham olunur. Deputat baş verənlərlə bağlı seçicilərindən və ölkə rəhbərliyindən üzr istəyib.
Baş Prokuror Kamran Əliyev onun deputat toxunulmazlığının ləğv edilməsi ilə bağlı parlamentə müraciət etmişdi.
Milli Məclisin çərşənbə axşamı keçirilən növbədənkənar iclasında Eldəniz Səlimovun deputat toxunulmazlığına xitam verilməsi qəbul edilib.
Növbədənkənar sessiyada Baş prokuror Kamran Əliyev təqdimatla çıxış edib və deputatları bu təqdimata səs verməyə çağırıb.
“Milli Məclisin deputatı Eldəniz Səlimov polis əməkdaşı Zaur Mirzəyevin 6 polis əməkdaşı ilə birgə iyul ayının 29-da saat 01 radələrində Xaçmaz şəhərində yerləşən, Eldəniz Səlimovun qohumuna məxsus “Starıy Dvor” restoranına gəldiyini və karantin qaydalarına uyğun olaraq restoranın gecə saat 12-dən sonra işləməməsini tələb etdiyini öyrənib.