İcbari Sığorta Bürosunun Himayəçilər Şurasına yeni sədr seçilib

Bələdiyyələr
Bələdiyyələr

İcbari Sığorta Bürosunun Himayəçilər Şurasına yeni sədr seçilib

“İcbari Sığorta Bürosu” Hüquqi Şəxslərin İttifaqının Himayəçilər Şurasının növbədənkənar iclası keçirilib.

Bu barədə qurumdan AzPost-a bildirilib.
İclasda təşkilati məsələlərə baxılıb. İSB-nin Nizamnaməsinə müvafiq olaraq Azərbaycan Respublikası Mərkəzi Bankının Daxili audit departamentinin direktoru Elçin Əlizadə Şura üzvü təyin edilib.
İclasda Şuranın yeni sədrinin seçilməsi məsələsinə də baxılıb. E.Əlizadə İSB Himayəçilər Şurasının sədri seçilib.
Qeyd edək ki, E.Əlizadə 2023-cü ilin fevralından İcbari Sığorta Bürosunun Audit Komitəsinin sədri vəzifəsində çalışıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.