Yanvarda sığorta olunanların sayı artıb. 2025-ci ilin yanvar ayında fərdi uçot sistemində uçota alınmış sığortaolunanların sayı 11 533 nəfər və ya 0,22% artıb.
Bu barədə AzPost-a DSMF-dən bildirilib.
Beləliklə, 2025-ci ilin 1 fevral tarixinə uçota alınmış sığortaolunanların sayı 5 175 123 nəfər təşkil edib.
Əlavə olaraq oxu:
Kimlər işsizlikdən sığorta ödənişi almaq üçün müraciət edə bilər?
Sığorta ödənişi dövlət orqanının və ya hüquqi şəxsin ləğv edilməsi, işçilərin sayı və ya ştatların ixtisar edilməsi, müəssisənin mülkiyyətçisi dəyişməsi, əvvəllər müvafiq işdə (vəzifədə) çalışan işçinin işinə (vəzifəsinə) bərpa edilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi (qərarı) olması, əvvəllər həmin müəssisədə çalışan işçi müddətli həqiqi hərbi xidmətdən ehtiyata buraxıldıqdan sonra öz iş yerinə (vəzifəsinə) qayıtmaq hüququndan istifadə etməsi, habelə əmək müqaviləsinin müddəti qurtarması nəticəsində əmək münasibətlərinə xitam verilmiş və “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuş qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və Məşğulluq” altsistemində işsiz kimi qeydiyyata alınmış şəxslərə şamil olunur.