Moskvadan ABŞ vitse-prezidentinin hədələrinə reaksiya

Moskvadan ABŞ vitse-prezidentinin hədələrinə reaksiya

Kreml ABŞ-nin vitse-prezidenti CeyVensin Amerika qoşunlarını Ukraynaya göndərməklə bağlı hədələrinə münasibət bildirib.

Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov Vensin ABŞ qoşunlarını Ukraynaya göndərməklə bağlı hədələrini və anti-Rusiya sanksiyalarını qarşıdakı təmaslar zamanı aydınlaşdırılmalı olan Amerika mövqeyinin yeni elementləri adlandırıb.

“Amerika mətbuatındakı müsahibələrə gəlincə, bunlar Vaşinqtonun mövqeyinin yeni elementləridir. Biz əvvəllər belə ifadələr eşitməmişik, onlar əvvəllər səsləndirilməyib”, deyə Kremlin sözçüsü vurğulayıb.

Peskov ABŞ ilə qarşıdakı təmaslar zamanı bəzi əlavə aydınlaşdırmalar alacaqlarına ümid etdiklərini söyləyib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.