“Avropa Ukrayna ilə bağlı danışıqlarda iştirakında israrlıdır” –Kansler Şolts

Avropa Ukrayna
Avropa Ukrayna

“Avropa Ukraynanı dəstəkləməkdə birləşib və azad dünyanı müdafiə etməkdə qətiyyətlidir”. AzPost bildirir ki, bu barədə Finlandiyanın xarici işlər naziri Elina Valtonen Aİ xarici işlər nazirlərinin fövqəladə iclasından sonra bildirib.

Almaniya kansleri Şolts bildirib ki, Avropa Ukrayna danışıqlarında iştirakında israrlıdır.

“Mən əminəm ki, ukraynalıların iştirakı olmadan heç bir həll mümkün olmayacaq. Kimsə Avropanın gələcəkdə dünya strukturlarında iştirakını istəyirsə, bunu Avropa ilə müzakirə etmək və Avropa liderlərini bu qərarların qəbulu proseslərinə inteqrasiya etmək lazımdır”.

Ukraynanın Rusiya ilə müharibədəki itkiləri ABŞ-nin Vyetnam və Koreyadakı itkilərindən üç dəfə çoxdur. Tramp bunu dayandırmaq istəyir.

Bunu Münxen Təhlükəsizlik Konfransında ABŞ Prezidentinin Rusiya və Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloq deyib.

O həmçinin Avropalı liderlərin region ölkələrinin Ukrayna üzrə danışıqlarda iştirakı ilə bağlı fikirlərinə şərik olmadığını, habelə Avropanın Ukrayna üzrə danışıqlar masası arxasında iştirakının mümkünsüzlüyünü söyləyib.

“Yox, bu mümkün deyil. Ukraynalılar danışıqlar masasında olacaq. Bunun əksini iddia etmək olmaz. Xatırlatmaq istədiyim vacib məqamlardan biri də odur ki, Ukraynada üçüncü ildir ki, müharibə gedir. Bilirəm ki, məni tənqid edəcəklər, lakin fakt odur ki, müharibə Prezident Trampa miras qalıb. Əsas məqsədimiz onun hər bir ukraynalının ölümünə səbəb olmasına imkan verməməkdir. Biz 30 gün ərzində əvvəlki Administrasiyanın 3 ildə etdiyindən daha çox irəliləyişə nail olmuşuq”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.