Aeroportlarda VİP-dən istifadə etmək hüququ olan şəxslərin siyahısı genişlənib. AzPost xəbər verir ki, Nazirlər Kabineti bununla bağlı “Azərbaycan Respublikasının aeroportlarında (hava limanlarında) xüsusilə mühüm şəxslər (VİP) və rəsmi nümayəndə heyətləri salonlarının xidmətlərindən istifadə hüququ olan Azərbaycan Respublikasının vəzifəli şəxslərinin Siyahısı”nda dəyişiklik edib.
Bu siyahıya Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə və ya ona bərabər tutulan digər struktur bölmə müdiri;
Azərbaycan Respublikası Prezidentinin xüsusi tapşırıqlar üzrə nümayəndəsi;
Naxçıvan Muxtar Respublikasında Azərbaycan Respublikası Prezidentinin səlahiyyətli nümayəndəsinin müavini” sözləri, Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini, Azərbaycan Respublikası Prezidentinin Administrasiyasında şöbə müdirinin müavini əlavə edilib.
Əlavə olaraq oxu:
Heydər Əliyev Beynəlxalq Aeroportunun 2-ci Terminalında yerləşən “Bakı VİP Zalı ” rahat oturacaqları, müxtəlif zövqə uyğun təamları, içkiləri, şəxsi otaqları və hətta duşu olan dəbdəbəli zaldır. Lüks rahatlıq atmosferi bəxş edən bu zal sərnişinlərin uçuşdan əvvəl və sonra zamanını komfortlu şəraitdə keçirməyə imkan yaradır.
Xidmətə daxildir:
24/7 fəaliyyət göstərən rezervasiya mərkəzi ilə əlaqə saxlamaqla sifarişlərin bronlaşdırılması;
Uçuşqabağı / uçuşdan sonra nəzərdə tutulmuş bütün prosedurların (aviasiya təhlükəsilziyi üzrə baxış, sərhəd və gömrük nəzarəti, sərnişinin reysə qeydiyyatı və s.) zalın daxilində təşkili;
Hava gəmisinə müşayiət və hava gəmisindən qarşılanma zamanı fərdi xidmətin göstərilməsi, perron ərazisində Lüks avtonəqliyyat vasitələri ilə transfer xidmətinin təqdim edilməsi;
Portye xidməti;
Yüksək komfortlu “Bakı” VİP zalının xidmətlərindən istifadə edilməsi
Özündə yüksək keyfiyyətli müxtəlif qida məhsullarını, alkoqollu və alkoqolsuz içkiləri birləşdirən və daim yenilənən menyudan istifadə edilməsi;