Bu meyvə sizi depressiyadan qoruyacaq

depressiya
depressiya

Microbiome jurnalında dərc edilən araşdırmanın nəticələri göstərib ki, gündə bir ədəd meyvə – portağal yemək depressiyaya düşmə ehtimalını azaltmağa kömək edir. AzPost Ferra.ru-ya istinadən xəbər verir ki, bu, sitrus meyvələrinin serotonin və dofamin istehsalına təsir edən Faecalibacterium prausnitzii (F. prausnitzii) bakteriyalarının böyüməsini stimullaşdırması ilə əlaqədar ola bilər.

Tədqiqat aparmaq üçün alimlər Nurses Health Study II (NHS2) məlumatlarından istifadə ediblər. Bu təcrübə 1989-cu ildə başlayıb. Onun köməyi ilə mütəxəssislər qadınlarda əsas xroniki xəstəliklərin inkişafı üçün risk faktorlarını müəyyən etmək istəyiblər. Bu işə 100 mindən çox qadın cəlb olunub. Hər iki ildən bir həyat tərzi, qidalanma, dərmanlar və sağlamlıq haqqında məlumat veriblər.

Mütəxəssislər müəyyən ediblər ki, gündə bir orta meyvə yemək depressiya  riskini təxminən 20% azalda bilər. Bu təsir ümumiyyətlə sitrus meyvələri üçün xarakterikdir.

Alimlər həmçinin Kişilərin Həyat tərzinin Təsdiqlənməsi Araşdırması adlı oxşar araşdırmaya müraciət ediblər. Orada, həmçinin kişilərdə F. prausnitzii yüksək səviyyələrinin depressiya riskinin azalması ilə əlaqəli olduğunu qeyd olunub.

Depressiya zamanı həyəcan, halsızlıq, gərəksizlik hissi, yuxunun pozulması, əhval-ruhiyyənin enməsini müşahidə edirik. Daha çox 25-30 yaşlarda başlasa da, istənilən yaşda rast gəlinir. Hər ruh düşkünlüyü depressiya deyil. Bunun üçün əlamətlərin hər gün və 2 həftədən çox davam etməsi vacibdir. Bu xəstəlik medikamentoz və psixoterapevtik müalicə tələb edir. Müalicə olunmazsa, depressiyalar günlər, aylar və hətta illərlə davam edə bilər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.