Əfv Komissiyasının iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının növbəti iclası keçirilib.

Bu gün keçirilən iclasda komissiyaya daxil olan müraciətlər müzakirə olunub.

Komissiya üzvü Rəşad Məcid APA-ya bildirib ki, iclası Prezident Administrasiyasının rəhbəri, Əfv Komissiyasının sədri Samir Nuriyev açıb: “İclasda 100-dən artıq müraciət müzakirə olundu. Bunlar əsasən ağır cinayətlər, qəsdən adam öldürməyə cəhd, oğurluq, digər cinayətlərdə ittiham olunan şəxslərin müraciətləri idi. Hər bir müraciət müzakirə edildi və komissiya üzvləri tərəfindən münasibət bildirildi. Komissiya növbəti həftələrdə işini davam etdirəcək. Komissiya işini bitirdikdən sonra müsbət rəy almış sənədlər ölkə Prezidentinə təqdim olunacaq. Qarşıdakı aylarda dövlət başçısının növbəti əfv sərəncamının şahidi olacağıq”.

Qeyd edək ki, komissiyanın iclaslarının nəzərdə tutulan əfvlə bağlı keçirildiyi bildirilir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.