Bu qurumun 1,4 milyon borcu var- Rəhbərinə "stop" qoyulur

“Bakı 1 №-li Yol İstismarı” MMC-nin direktoru Zaur Həmzəyevin külli miqdarda vergi borcu yaranıb.
Qaynarinfo-nun məlumatına görə, hazırda Zaur Həmzəyev Oktay oğlunun rəhbəri olduğu MMC-nin İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinə 1.343.661,89 manat vergi borcu yaranıb.
Əldə etdiyimiz məlumata görə, sözügedən borcun ödənilməsi ilə bağlı Zaur Həmzəyevə xəbərdarlıq edilib. Onun ölkədən çıxışına məhdudiyyət qoyulması üçün məhkəməyə də müraciət olunub.
Qeyd edək ki, Zaur Həmzəyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi (AAYDA) Maliyyə İdarəsinin rəisi Müseyib Həmzəyevin qardaşı oğlu oğludur.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.