ABŞ-ın gələcək prezidenti o olacaq- İlon Mask AÇIQLADI

Amerikalı milyarder, “Tesla” və “SpaceX”ın rəhbəri İlon Mask ABŞ-ın hazırkı vitse-prezidenti Cey Di Vensi Donald Trampın səlahiyyət müddətinin bitməsindən sonra prezident postuna ən yaxşı namizəd olaraq göstərib.

AzPost xəbər verir ki, bu barədə o, özünün “X” sosial şəbəkəsindəki hesabında yazıb.

“İndiyə qədər ən yaxşı vitse-prezident və bizim gələcək prezidentimiz”, – deyə sahibkar qeyd edib.

Mask Vensin Böyük Britaniya baş naziri Kir Starmerlə söz azadlığı məsələsində apardığı yaxın zamanlardakı müzakirəni şərh edən bir paylaşıma belə reaksiya verib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.