Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Maraqlı

Polis öz rəisini tapmaq üçün əhaliyə MÜRACİƏT ETDİ

Orkhan Ali 06 Mart 2025 - 22:53 (Last updated: 21 May 2025 - 20:15)
Screenshot_20250306_212543

Şri-Lanka polisi məmurun ölümü ilə bağlı məhkəmənin həbs qərarından sonra qaçan polis rəisini tapmaq üçün bu gün ictimaiyyətə müraciət edib.

Lent.az xarici KİV-ə istinadla bildirir ki, polis sözçüsü Buddhika Manatunqa, bir neçə xüsusi bölmənin axtarışlarına baxmayaraq, Polis Baş Müfəttişi (IGP) Deşabandu Tennakunu tapa bilmədiklərini söyləyib.

“Biz ictimaiyyəti onun harada olduğu barədə hər hansı məlumat verməyə çağırırıq. Həmçinin xəbərdarlıq edirik ki, polis rəisini gizlədən şəxs mühakimə olunacaq” deyə, Manatunqa jurnalistlərə bildirib.

Manatunqa etiraf edib ki, öz rəislərini tapmamaq “ictimaiyyətin polisin gücünə inamını sarsıdıb”.

Məhkəmədən qaçan polis rəisinə ölkədən çıxış qadağası qoyulub.

“Bu, ciddi məsələdir və biz onu həbs etmək üçün daha çox səylə çalışırıq. Qanundan xəbərdar olan biri kimi, IGP məhkəmə qərarına əməl etməli və təslim olmalı idi” deyə Manatunqa qeyd edib.

Qeyd edək ki, hakim, 2023-cü ildə bir otelə qanunsuz basqın etməyə icazə verdiyinə dair iddialardan sonra keçən həftə Tennakunun həbsinə qərar verib.

Tennakun Kolombodakı bir polis bölməsinə paytaxtdan təxminən 150 kilometr aralıda, cənub sahilindəki Veliqama kurort şəhərindəki oteldə qanunsuz narkotik axtarışı üçün əmr vermişdi.

Gizli əməliyyatdan xəbərsiz olan yerli polislə əməliyyata gələn bölmə arasında qarşıdurma yaranıb. Nəticədə bir zabit ölüb, digəri isə ağır yaralanıb. Lakin heç bir narkotik tapılmayıb.

Post navigation

Previous: Leninin “Rolls-Royce”u təmir olunacaq
Next: Putindən Makrona cavab: Belələri ilə alınmaz

Oxşar xəbərlər

burcler
  • Maraqlı

7 noyabrın ulduz falı – Sevgi, pul və işdə bürcləri nə gözləyir?

User 07 Noyabr 2026 - 11:16
ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
ölüm
  • Maraqlı

İnsan ölərkən beynində nə baş verir? – Alimlər gözlənilməz fakt aşkarlayıb

User 06 Noyabr 2026 - 16:52

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.