Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib

Böyük Britaniya Azərbaycana ilk dəfə müdafiə attaşesi təyin edib.

Bu barədə Böyük Britaniyanın Azərbaycandakı səfirliyindən bildirilib.

Qeyd edilib ki, müdafiə attaşe kimi komandir leytenant Gavin Tarbard təyin edilib.

“Onun Azərbaycana gəlişini məmnuniyyətlə elan edirik. Bu tarixi mərhələ Böyük Britaniya-Azərbaycan tərəfdaşlığının artan gücünü əks etdirir. Müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığımızı gücləndirəcək”, – məlumatda vurğulanıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.