“Google” “Android” istifadəçilərini KÖMƏKSİZ QOYACAQ

“Google”, “Android” cihazlarında “Google Assistant” səsli köməkçisini “Gemini” adlı yeni süni intellekt köməkçisi ilə əvəz etməyi planlaşdırdığını açıqlayıb.

AzPost xəbər verir ki, bu barədə şirkətin bloqunda məlumat verilib.

Şirkət qarşıdakı bir neçə ay ərzində əksər istifadəçilərin yeni köməkçiyə keçməyini planlaşdırır. Bundan sonra “Google Assistant”a giriş əksər mobil cihazlarda və proqram mağazalarında dayandırılacaq.

Şirkət həmçinin təsdiqləyib ki, yeniləmələr planşetlərə, avtomobil sistemlərinə və qulaqlıq və smart saat kimi smartfonlara qoşulan cihazlara təsir edəcək. Bundan əlavə, “Gemini”, dinamiklər, displeylər və televizorlar da daxil olmaqla, “Google”un ağıllı ev cihazları üçün əsas olacaq.

“Google”, “Gemini”nin təqdimatına hazırlaşarkən, istifadəçi təcrübəsinin yaxşılaşdırılmasına xüsusi diqqət yetirildiyini vurğulayıb. “Android” cihazları üçün yeni funksiyalara artıq musiqi ifa etmək, taymerlərə dəstək və hərəkətləri birbaşa kilid ekranından idarə etmək imkanı daxildir.

Bu yeniliyin Azərbaycanda necə işləyəcəyi bəlli deyil.(publika.az)

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.