Zelenski Ukraynada atəşkəsə hazırlıq müddətini açıqlayıb

Vladimir Zelenski
Vladimir Zelenski

Ukrayna Prezidenti Volodimir Zelenski Ukraynada atəşkəsə hazırlıq müddətini açıqlayıb.

APA xəbər verir ki, bu barədə “Strana.ua” nəşri məlumat yayıb.

Onun sözlərinə görə, münaqişə zonasında atəşkəsə hazırlıq prosesi bir aydan çox davam edə bilər.

Ukrayna rəhbəri həmçinin qeyri-müəyyən atəşkəs ideyasına qarşı çıxıb.

“Hərbi əməliyyatların dayandırılmasına dair razılaşmada müddətin aydın şəkildə müəyyən edilməsi son dərəcə vacibdir”, – Zelenski vurğulayıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.