İki yaşlı uşaq tapdığı silahla əkiz qardaşını GÜLLƏLƏDİ

ABŞ-da iki yaşlı uşaq silah taparaq əkiz qardaşını güllələyib.

AzPost xarici mediaya istinadla bildirir ki, hadisə Corciya ştatında baş verib. Uşağın silahı necə əldə etdiyi hələlik məlum deyil. Silahla oynayarkən o, qardaşını vurub.

Hadisədən sonra zərərçəkən helikopterlə xəstəxanaya aparılıb, vəziyyəti stabil qiymətləndirilir. Həkimlər ona lazımi köməklik göstərirlər.

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.