Bakı-Tiflis qatarı ilə bağlı nə vaxt qərar veriləcək? –Deputatdan açıqlama

Qatar
Qatar
“Yaxın vaxtlarda Bakı və Tiflis arasında dəmir yolu nəqliyyatının bərpası ilə bağlı hansı qərarların veriləcəyi bəlli olacaq” 
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin deputatı Vüqar Bayramov karantin müddətinin uzadılması ilə bağlı Nazirlər Kabinetinin qərarını şərh edərkən deyib.
Deputat Gürcüstanla Azərbaycan arasında dəmir yolu nəqliyyatının bərpası ilə bağlı açıqlamaların Gürcüstan hökuməti tərəfindən verildiyini xatırladıb:
“Gürcüstan hökuməti may ayının 1-dən Bakı və Tiflis arasında dəmir yolu xəttinin açılması ehtimalı ilə bağlı rəsmi məlumatı bölüşmüşdü. Nəzərə alaq ki, Gürcüstan tərəfinin açıqlamaları rəsmi mənbə idi. Rəsmi olaraq Gürcüstan hökuməti tərəfindən bu informasiya paylaşdırılmışdı. Mayın 1-ə bir aydan çox müddət var. Karantin rejimi ilə də bağlı fərqli istiqamətdə qərarları olur, müəyyən məhdudiyyətlər qüvvədə saxlanılır, müəyyən məhdudiyyətlər yumşaldılır”.
Vüqar Bayramov qeyd edib ki, məsələ ilə bağlı son qərarın müzakirələr nəticəsində mayın 1-ə kimi olan dövrdə veriləcəyi gözlənilir.
Qeyd edək ki, Baş nazir Əli Əsədovun qərarına görə, Azərbaycanda xüsusi karantin rejiminin müddəti uzadılıb. Qərara görə, karantin rejiminin müddəti aprelin 1-dən iyulun 1-dək uzadılıb.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.