Deputatdan ŞOK TƏKLİF: Sahibsiz itlərdən sabun hazırlansın

İtlər
İtlər

Vahid Rusiya” Partiyasının deputatı Nikolay Tsed küçə itlərindən sabun istehsalı üçün xammal kimi istifadə etmək barədə şok təkliflə çıxış edib.

Lent.az xarici mediaya istinadla bildirir ki, onun sözlərinə görə, sahibsiz heyvanlar cəmiyyət üçün təhlükə yaradır və potensial resurs kimi baxılmalıdır.

“Hər bir sahibsiz it hər an”atəş edə” bilən dişli silahdır” deyən Tsed öz fikrini evsiz heyvanların sayına nəzarət etmək zərurəti ilə əsaslandırıb.

Deputat arqument kimi, guya SSRİ-də təsərrüfat məqsədləri üçün sahibsiz itlərin emalı təcrübəsini göstərib. Bununla belə, tarixçilər və ekspertlər qeyd edirlər ki, bu cür iddialar mifdir və heç bir sənədli dəlil yoxdur.

Bu təklif heyvan hüquqları müdafiəçiləri və ictimaiyyət tərəfindən kəskin tənqidlərə səbəb olub. Fəallar bu təşəbbüsü əxlaqsızlıq və heyvanlara qarşı humanist rəftar standartlarına zidd adlandırıblar.

Mütəxəssislər hesab edirlər ki, evsiz heyvanların problemi radikal üsullarla deyil, sterilizasiya proqramları, sığınacaqlar və ev heyvanlarına məsuliyyətli sahiblik yolu ilə həll edilməlidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.