İran ABŞ-la danışıqlara hazır olduğunu bəyan edib

Tramp İrana qarşı
Tramp İrana qarşı

İran ABŞ-la danışıqlara hazır olduğunu bəyan edib. 

AzPost Reuters-ə istinadən bildirir ki, bu barədə İranın ali liderinin müşaviri Kamal Xərrazi cümə axşamı bəyan edib. O deyib ki, Tehran ABŞ ilə mübahisələrini həll etmək üçün bütün qapıları bağlamayıb və Vaşinqtonla dolayı danışıqlara hazırdır.
İSNA Agentliyinin məlumatına görə, Xərrazi deyib: “İran bütün qapıları bağlamayıb. O, qarşı tərəfi qiymətləndirmək, öz şərtlərini bildirmək və müvafiq qərar qəbul etmək üçün ABŞ ilə dolayı danışıqlara hazırdır”.
İran tezliklə  prezient Trampın məktubuna cavab vermlidir. XİN başçısı Araqçi keçən həftə Tehranın cavabında həm Trampın təhdidini, həm də imkanlarını nəzərə alacağını bildirib.

Tehran indiyədək ABŞ prezidenti Donald Trampın müqavilə bağlamaq, əks halda hərbi nəticələrlə üzləşəcəyi xəbərdarlığını rədd edib. Ali Rəhbər Ayətullah Əli Xamenei mesajı aldadıcı adlandırıb. Xarici işlər naziri Abbas Araqçi deyib ki, Vaşinqton “maksimum təzyiq” siyasətini dəyişməyincə danışıqlar mümkün deyil.

İlk prezidentlik dövründə Tramp 2015-ci ildə İranla imzalanmış nüvə sazişdən çıxıb.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.