21 yaşlı tələbə atasının məzarı başında intihar edib

Gəncə Dövlət Universitetinin tələbəsi vəfat edib.
 
AzPost bildirir ki, bu barədə “Azərbaycan universitetləri” səhifəsi məlumat yayıb.
Gəncə Dövlət Universitetinin tələbəsi 21 yaşlı Nüşabə Məmmədzadə 4 il öncə atasının vəfatından sonra psixoloji sarsıntı keçirib. 2 gün əvvəl atasının məzarı başında sirkə turşusu içib.
Ağır vəziyyətdə xəstəxanaya yerləşdirilən Nüşabə dünən dünyasını dəyişib.
O, təhsil aldığı müddətdə tədrislə də məşğul olub. O, müəllimlik fəaliyyətinə yeni başlamasına baxmayaraq həvəslə bir çox uşağa rəssamlığın sirlərini öyrədib.
Ruhu şad olsun!
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.