“Birbank Star” kartları ilə bağlı indiyədək mövcud olmayan komissiyanın tətbiqinə başlanılır.
AzPost-un əldə etdiyi məlumata görə, yenilənmiş komissiya şərtləri ilə bağlı istifadəçilərə bildiriş göndərilib.
Yeni şərtlərə əsasən, 2 may 2025-ci il tarixindən etibarən Birbank Star kartlarında olan kredit xətti vasitəsilə nağdlaşdırma, köçürmə və maliyyə əməliyyatları (məsələn, kredit ödənişləri) həyata keçirdikdə 1% komissiya hesablanacaq.
Qeyd edək ki, indiyədək Birbank Star kartının kredit xəttindən nağdlaşdırma, köçürmə və ya hər hansısa digər əməliyyatı etdikdə heç bir komissiya tutulmurdu.