“Ukrayna hərbçiləri Rusiyanın Belqorod vilayətindədir” –Zelenski ilk dəfə təsdiqlədi

Prezident Zelenski ilk dəfə olaraq Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətində olduğunu təsdiqləyib.

AzPost bildirir ki, aprelin 7-də axşam saatlarında Ukrayna prezidenti Vladimir Zelenski ilk dəfə olaraq Ukrayna Silahlı Qüvvələrinin Rusiyanın Belqorod vilayətində yerləşdiyini təsdiqləyib. Gündəlik axşam videomüraciətində o, Ukrayna Silahlı Qüvvələrinin Ali Baş Komandanı Oleksandr Sirskinin cəbhədəki vəziyyətlə bağlı məruzəsini xatırladıb.

“Biz düşmən ərazisində sərhəd bölgələrində aktiv əməliyyatlar aparmağa davam edirik. Bu, tamamilə ədalətlidir: müharibə gəldiyi yerə qayıtmalıdır”, – Zelenski bildirib.

Prezident qeyd edib ki, bu əməliyyatların əsas məqsədi Ukrayna ərazisinin, xüsusilə Sumı və Xarkov vilayətlərinin maksimum müdafiəsidir.

“Kursk əməliyyatı sayəsində cəbhənin digər ərazilərində, xüsusən də Donetsk vilayətində təzyiqi azaltmaq mümkün olub”, – o əlavə edib.

Əvvəllər Ukrayna nümayəndələri Ukrayna hərbçilərinin Belqorod vilayətində olduğunu təsdiqləmirdilər.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.