Yeniyetmə İlham Əliyev “Çayka” avtomobili ilə –FOTOXRONİKA

Sosial şəbəkədə Prezident İlham Əliyevlə bağlı maraqlı foto paylaşılıb.

AzPost bildirir ki, şəkildə yeniyetmə İlham Əliyev SSRİ-nin məşhur “Çayka” avtomobilinin yanında əks olunur.

Fotonun 1970-ci illərin ortalarına aid olduğu guman olunur. Şəkil Zuğulbada çəkilib.

“Çayka” avtomobili sovet dövlət rəhbərləri üçün ayrılmış xidməti  avtomobil idi.

Sovet rəhbərləri səfərlər zamanı bu avtomobildən istifadə edirdilər.

“QAZ-13 Çayka” 1958-ci ildə debut edib. 1959-cu ildən 1981-ci ilə qədər istehsal edilib. Cəmi 3179 ədəd düzəldilib. 195 at gücünə malik ümumi 5,5 L V8 mühərriki ilə təchiz edilmişdi və konstruksiyası Chrysler PowerFlite qurğusuna bənzər düyməli avtomatik transmissiya ilə idarə olunurdu.

“Çayka”  yalnız Sovet hökumətinin üzvləri üçün idi. Sadə vətəndaşlar tərəfindən satın alına bilməzdi. Bununla belə, vətəndaşlara toy üçün “Çayka” icarəyə götürməyə icazə verilib.

Qeyd edək ki, Prezident İlham Əliyevin atası, mərhum Heydər Əliyev 1969-cu ildən etibarən Azərbaycan Kommunist Partiyasının Birinci katibi təyin edilmişdi.

Heydər Əliyev bu vəzifədə 1982-ci ilə qədər çalışıb.

1982-ci ilin dekabrından o, Siyasi Büronun üzvü və SSRİ Nazirlər Sovetinin Sədrinin birinci müavini təyin edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.