Zədə alan Neymar meydanı göz yaşları ilə tərk etdi

Braziliya millisinin və “Santos” klubunun futbolçusu Neymar yenidən zədələnib.

33 yaşlı hücumçu ölkə çempionatında evdə “Atletiko Mineyro”ya qarşı keçirilmiş IV tur oyununda (2:0) ayağından xəsarət alıb.

Ulduz oyunçu matçı başa vura bilməyib. O, cəmi 34 dəqiqə oynadıqdan sonra zədələnib. Bu səbəbdən əvəzlənən forvard meydanı göz yaşları ilə tərk edib.

Qeyd edək ki, Neymar mart ayında aldığı zədəni bir müddət əvvəl sağaldaraq yaşıl meydanlara qayıtmışdı.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.