Xarici diplomatlar Xankəndidə quruculuq işləri ilə tanış olublar-FOTO

Diplomatik korpus üzvləri Xankəndidəki tikinti-quruculuq işləri ilə tanış olublar.

Hazırda Xankəndi şəhərində Zəfər parkı, Konqres mərkəzi tikilir, Zəfər muzeyi, Xankəndi şəhər futbol stadionu, Xüsusi nümayəndəliyin binası, Biznes mərkəzi, mədəniyyət mərkəzi bərpa edilir. Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinin ictimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, bunu Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Elçin Yusubov şəhərə səfər edən xarici diplomatlara məlumat verərkən deyib.

Elçin Yusubov bildirib ki, Xankəndi şəhəri Prezidentin diqqət və qayğısı ilə regionun ən gözəl şəhərlərindən birinə çevriləcək, doğma yurdlarından 35 ildən çox ayrı düşmüş insanların bu torpaqlara təhlükəsiz şəraitdə qayıdışı təmin ediləcək.

Xatırladaq ki Xankəndi şəhərinə səfər edən Azərbaycanda akkreditə olunmuş diplomatik korpus üzvləri, beynəlxalq təşkilatların nümayəndələri və hərbi nümayəndələr burda aparılan genişmiqyaslı tikinti-quruculuq işləri ilə yaxından tanış olublar.

 

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.