İcra Hakimiyyəti 150 minlik ağac və kol alır –Qalib şirkət kimindir?

İcra Hakimiyyəti
İcra Hakimiyyəti
Qubadlı Rayon İcra Hakimiyyəti 150 000 manatlıq ağac və bitki kolları almağı planlaşdırır.
Qaynarinfo xəbər verir ki, İcra Hakimiyyəti bununla bağlı satınalma müsabiqəsi elan edib və artıq müsabiqəyə yekun vurulub. Qalib “Eko Ferma Azərbaycan” şirkəti seçilib.
2 fevral 2022-ci ildə qeydiyyata alınıb. Nizamnamə kapitalı 10 AZN olan şirkətin hüquqi ünvanı Bakı şəhəri Yasamal rayonu, Qurban Xəlilov küçəsi, ev 8, mənzil 59-da yerləşir. MMC-nin qanuni təmsilçisi isə Masimov Rüfət Ramazan oğludur.
Rüfət Masimov əvvəllər fərdi sahibkar kimi fəaliyyət göstərib. “Eko Ferma Azərbaycan” MMC barəsində açıq mənbələrdə heç bir məlumat yoxdur.
İcra Hakimiyyəti şirkətdən kiparis, badam ağacı, qızıgül kolu, pelorqoniya və qazon alacaq.
Qubadlı Rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqovdur. O, 2001-ci ildən bu vəzifədədir.
Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.