69 yaşlı şəxs “Whatsapp”da göndərdiyi smayla görə cərimələnib.
Milli.Az xəbər verir ki, olay Türkiyədə, Diyarbəkir vilayətində yaşanıb. 32 yaşlı evdar qadın Z.Y. 69 yaşlı H.T.-ni polisə verib. Qadın bildirib ki, kişi ona ürək və öpüş smaylları atıb, ardınca da “çox şirinsən” mesajını yazıb.
Məhkəmə həmin şəxsin hərəkətlərini “təcavüz” olaraq qiymətləndirib. Nəticədə, H.T. göndərdiyi mesajlar və emojilər səbəbilə 2800 lirə cərimələnib.