“Masallı rayon Mərkəzi Xəstəxanası” PHŞ-nin tibb müəssisələrindən hasil olan müxtəlif növ tibbi tullantıların daşınması və zərərsizləşdirilməsi xidmətləri ilə əlaqədar elan etdiyi tender ləğv olunub.
Pravda.az-ın xəbərinə görə, qərarı qərarı Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi qəbul edib.
Bildirilib ki, dəyəri 117 790 AZN olan satınalmanın ləğv edilməsinin səbəbi açıqlanmayıb.