Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Kriminal

Restoranda xidmətçini döyən şəxslə bağlı qərar çıxarıldı

Orkhan Ali 29 Aprel 2025 - 10:54 (Last updated: 21 May 2025 - 20:15)
Fuad Kimya Servis

Fuad Kimya Servis

Şirvan Apellyasiya Məhkəməsində xuliqanlıqda təqsirləndirilən İmran Balaşovun (ad, soyadı şərtidir) barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Pərviz Hacıyevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, apellyasiya şikayəti təmin edilib, Füzuli Rayon Məhkəməsinin 03 dekabr 2024-cü il tarixli hökmü cəza hissəsində dəyişdirilib. Təqsirləndirilən şəxs təqsirli bilindiyi Cinayət Məcəlləsinin 221.1-ci (xuliqanlıq) maddəsi ilə təyin olunmuş azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası 1000 manat məbləğində cərimə cəzası ilə əvəz olunub.

İttihama görə, hadisə 09 iyun 2024-cu il tarixdə, saat 03:30 radələrində Füzuli rayonu, 1 saylı Qayıdış qəsəbəsində, mal-qara satışı bazarının kənarında yerləşən “Şuşa yolu” restoranında qeydə alınıb.

Belə ki, İmran Balaşov zərərçəkmiş M.M-in (ad, soyadı şərtidir) xidmətçi işlədiyi sözügedən restoranda tanışı ilə yeyib-içib. Sonra o, həmin restoranı işlədən şəxsdən hesabı soruşub. O da təqsirləndirilən şəxsə 28 manat məbləğində pul ödəməli olduğunu deyib. Bu zaman İmranın tanışı 25 manat məbləğində pul verə biləcəyini qeyd edib. İcarədar da onunla razılaşıb. Sonra zərərçəkmiş şəxs İmrana “30 manat ver, 2 manat da mənə qalsın” deyib. Bu sözdən sonra sərxoş vəziyyətdə olan təqsirləndirilən şəxs M.M.-n ünvanına nalayiq sözlər deyib, səs-küy salıb. Daha sonra o, zərərçəkmişin sifət nahiyəsinə şillə ilə bir dəfə qəsdən zərbə vurub.

Hadisədən sonra İmran Balaşov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.

Post navigation

Previous: Şəmkirdə azyaşlı dərmandan zəhərlənərək ölüb
Next: Məhkəmə işlərinə görə, vəkillərə ödənilən məbləğ artırıldı

Oxşar xəbərlər

Həbs
  • Kriminal

ADNSU-da 24 il əvvəl törədilən qətlin üstü açıldı – Şübhəli şəxs həbs edildi

User 06 Noyabr 2026 - 14:02
Aptek
  • Kriminal

Sumqayıtda aptekdən 35 min manat oğurlayan şəxs saxlanıldı

User 05 Noyabr 2026 - 16:56
qeza_polis
  • Kriminal

Bakıda axtarışda olan 74 yaşlı qadın həbs edilib

User 04 Noyabr 2026 - 10:44

xƏBƏR

ilham ali herbi
  • Siyasət

Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO

User 07 Noyabr 2026 - 20:35
Prezident İlham Əliyevin sosial media hesablarında 8 Noyabr – Zəfər günü ilə bağlı paylaşım edilib.   https://www.youtube.com/watch?v=7aNosPCC6as...
Read more about Prezident İlham Əliyev Zəfər günü ilə bağlı paylaşım edib – VİDEO
Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi qaz nəqli
  • İqtisadiyyat

Rusiya Türkiyəyə qaz nəqlini kəskin artırdı – Noyabrda tədarük 4 dəfə yüksəldi

User 07 Noyabr 2026 - 20:30
BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri bmt katib nasist
  • Araşdırma

BMT-nin Baş katibinin gizlətdiyi nasist keçmişi – Kurt Valdhaymın böyük sirri

User 07 Noyabr 2026 - 20:13
Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj pehlevi iran sah
  • Dünya

Rza Pəhləviyə “Azadlıq” mükafatı verildi – İranın gələcəyi ilə bağlı mesaj

User 07 Noyabr 2026 - 19:45
İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir Tramp
  • Dünya

İrana qarşı yeni müharibə planı – Trampa yanvara qədər vaxt verilir

User 07 Noyabr 2026 - 19:41
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.