Ürək xəstələri dərmanları tibbi sığorta ilə alacaqlar

Dərmanlar
Dərmanlar

İcbari tibbi sığortanın tətbiqindən sonra ölkənin hər yerində əhalinin tibbi xidmətlərə əlçatanlığı artıb.

APA xəbər verir ki, bunu Bakıda keçirilən “Azərbaycan əczaçılıq sənayesi: dünən, bu gün və sabah” adlı beynəlxalq konfransda İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin sədri Zaur Əliyev deyib.

O qeyd edib ki, resept əsasında ürək, sonra tənəffüs yolu xəstəlikləri üzrə dərmanların tibbi sığorta çərçivəsində qarşılanması nəzərdə tutulur: “Hazırda xidmətlər zərfi çərçivəsində ambulator tibbi xidmətlər zamanı istifadə olunan dərman vasitələrinin, anesteziya xidmətinin və s. İTS tərəfindən qarşılanması üzrə işlər də görülür”.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.