XİN Naxçıvandakı idarəsi yenidən təşkil olunacaq –SƏRƏNCAM

vəkili
vəkili

Xarici İşlər Nazirliyinin əsasnaməsi və strukturu təsdiq edilib.

Bununla bağlı Prezident İlham Əliyev Fərman imzalayıb.

Fərmana əsasən, Nazirlər Kabineti “Diplomatik xidmət haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Azərbaycan Respublikasının səfirlikləri, daimi nümayəndəlikləri, konsulluqları və fəxri konsulları haqqında əsasnamələrin yeni layihələrini hazırlayıb üç ay müddətində, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyində xidmət keçən diplomatik xidmət əməkdaşlarının vəzifə maaşlarının məbləği və diplomatik xidmət stajına, diplomatik rütbəyə, təmsilçiliyə, hakimiyyət səlahiyyətinə görə vəzifə maaşına əlavələr, eləcə də həmin əməkdaşların digər təminatları ilə əlaqədar təkliflərini hazırlayıb bir ay müddətində Azərbaycan Respublikasının Prezidentinə təqdim etməlidir.

Xarici İşlər Nazirliyi Naxçıvan Muxtar Respublikasındakı İdarəsi əsasında Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Aparatının müvafiq idarəsinin yaradılması ilə bağlı tədbirlər görməlidir.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.