Milli Məclisdə Heydər Əliyevə həsr olunmuş xüsusi iclas keçiriləcək
07 May 2025 - 09:31
Mayın 8-də saat 11.00-da Milli Məclisin “Ümummilli Lider Heydər Əliyev müstəqil Azərbaycan Konstitusiyasının müəllifidir” mövzusuna həsr olunmuş xüsusi iclası keçiriləcək.
Bu barədə parlamentin mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsi məlumat yayıb.