Gözəllik salonuna gedən arvadını öldürmək istədi –SƏBƏB

Bıçaq
Bıçaq

Ali Məhkəmədə keçmiş həyat yoldaşını öldürməyə cəhddə təqsirləndirilən Zaur Rzayevin barəsindəki qərardan verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Tahir Kazımovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, kassasiya şikayəti təmin edilməyib.

Xatırlatma: Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Rzayev 13 il müddətinə azadlıqdan məhrum edilib. Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməyib.

İttihama görə, Binəqədi rayonu, M.Ə.Rəsulzadə qəsəbəsində yerləşən “Stil” gözəllik salonunda 1978-ci il təvəllüdlü paytaxt sakini Aynur Rzayeva bıçaqlanıb.

Yaralı xəstəxanaya yerləşdirilib, ona tibbi yardım göstərilib. Vaxtında tibbi yardım göstərildiyi üçün qadının həyatını xilas etmək mümkün olub.

Məlum olub ki, hadisəni Aynur Rzayevanın keçmiş həyat yoldaşı, 1974-cü il təvəllüdlü Zaur Rzayev törədib.

Hadisəni törədən şəxs saxlanılıb.

Hadisə şəxsi münasibətlər zəminində baş verib. Belə ki, Zaur Rzayev keçmiş arvadı ilə barışmaq istəyib. Amma Aynur Rzayeva barışmaqdan imtina edib. Onların arasında mübahisə yaranıb, mübahisə sonda qanlı cinayətlə nəticələnib.

İstintaq orqanı tərəfindən Zaur Rzayevin barəsində Cinayət Məcəlləsinin 29,120.1-ci( qəsdən adam öldürməyə cəhd) maddəsi ilə ittiham elan edilib.

Paylaş
Şikayət və təkliflər üçün qaynar xətt:
Əlaqə whatsapp: +994 77 530 95 85

Bizi sosial şəbəkələrdə izləyin

AzPost

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır.