Skip to content
cropped-cropped-logo.png

Analitik İnternet Portalı

Primary Menu
  • Siyasət
  • Dünya
  • Müsahibə
  • İqtisadiyyat
  • Araşdırma
  • Gündəm
  • İdman
  • Media
  • Şou Biznes
  • Sosial
  • Redaksiya Siyasəti
Light/Dark Button
  • Araşdırma

Kartda pul saxlamaq artıq risklidir

Orkhan Ali 10 May 2025 - 18:00 (Last updated: 21 May 2025 - 20:45)
1

Azərbaycanda bank kartlarından oğurluq hallarının artdığı bir vaxtda maliyyə sahəsində uzun illər çalışmış bir mütəxəssisin başına gələn hadisə cəmiyyət üçün ciddi siqnal rolunu oynayır.

AzPost “news24.az”a istinadla xəbər verir ki, uzun illər bank sahəsində çalışmış Ayaz Abdullayev bildirir ki, kartda pul saxlamaq artıq risklidir:

“Pulu kartda yox, hesabda saxlayın. Yoxsa bir gecə yuxudan oyananda pul artıq yoxdur. Bank kartım heç bir zaman istifadəyə verilməyib. Hətta nə bankomata salınıb, nə onlayn alış-verişdə istifadə olunub, nə də üçüncü şəxslərlə paylaşılıb. Kart evdə, təhlükəsiz yerdə saxlanılıb və 3D Secure funksiyası da aktiv olub. Lakin buna baxmayaraq, bir gün kart balansına əlavə olunan 70 manat gecə saatlarında üç ayrı Google Pay ödənişi ilə yoxa çıxıb”.

O bildirib ki, oğurluq hallarının bilinən yolları bankomatlara quraşdırılan oxuyucu cihazlar, saxta saytlar, kart məlumatlarının fiziki və ya rəqəmsal oğurluğu bu hadisədə iştirak etməyib. Kartın heç bir platformada qeyd olunmaması bank səviyyəsində sızma ehtimalını gücləndirir:

“Əgər bu kartla ödəniş etmiş olsaydım, konkret hansı ‘gateway’dən məlumat sızdığını deyə bilərdim. Amma bu kart heç bir əməliyyatda iştirak etməyib. Deməli, problem daha dərindir”, – deyə o bildirir. O qeyd edib ki, ən narahatedici məqam isə bankın reaksiyasıdır: “Google-a yaz şikayətini”. Lakin Google-un cavab verəcəyi və ya pulu geri qaytaracağına heç bir zəmanət yoxdur.

Bəs bu kimi hallardan qorunmaq üçün çıxış yolu nədir?

“Pulu kartda deyil, birbaşa bank hesabında saxlayın. Xarici ödənişləri tamamilə deaktiv edin. Yalnız rəqəmsal kart yaradın və Apple Pay, Google Pay üçün ondan istifadə edin. Kartda 3D Secure funksiyası aktiv olsa da, buna güvənməyin – bir çox xidmət saytları bu funksiyanı avtomatik ləğv edir. Kart məlumatlarını bank işçiləri ilə belə paylaşmayın”.

Qeyd edək ki, bir daha vətəndaşlara şübhəli zənglərdən gələn cəlbedici qazanc, sığorta, viza işləri, bank hesablarının möhkəmləndirilməsi, mədaxil üzrə ödənişlərlə əlaqəli təkliflərə diqqətlə yanaşmağı tövsiyə edirik. Qəti formada şəxsi bank məlumatlarını naməlum şəxslərə verməyin, təhlükə var.

AzPost.az

Post navigation

Previous: ABŞ-da yaşamaq istəyənlərin diqqətinə –
Next: Əhalinin nəzərinə: Mayın 11-dən 13-dək…

Oxşar xəbərlər

AES haciqabul
  • Araşdırma
  • Baş Yazı

Azərbaycanda tikintisinə başlanan AES niyə yarımçıq qaldı? – Hacıqabulda 40 il əvvəlki sirli layihə

User 05 Noyabr 2026 - 21:17
qob01
  • Araşdırma

Qobustanda min illərin sirri – Qədim insanlar heyvanları torla necə ovlayırdı?

User 24 Oktyabr 2026 - 11:02
bel aqrisi
  • Araşdırma

Bel ağrısı zamanı bu səhvi etməyin – Həkimdən vacib xəbərdarlıq

User 21 Oktyabr 2026 - 17:33

xƏBƏR

rus ukr danisiq
  • Dünya

Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi

User 06 Noyabr 2026 - 22:22
Rusiya Prezidenti Vladimir Putin Rusiya, Ukrayna və ABŞ nümayəndələrinin iştirakı ilə Əbu-Dabidə üçtərəfli danışıqların keçiriləcəyini təsdiqləyib. Noyabrın...
Read more about Rusiya, Ukrayna və ABŞ Əbu-Dabidə görüşəcək – Putin tarixi təsdiqlədi
Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı putin herbi
  • Dünya

Putin Ukraynadan daha böyük ərazi güzəştləri istəyir – Trampın “böyük saziş” planı

User 06 Noyabr 2026 - 22:10
Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq et bazari
  • Sosial

Dəmir çatışmazlığı olanlar hansı əti yeməlidir? – Həkimdən xəbərdarlıq

User 06 Noyabr 2026 - 22:00
Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi ayaq aqri
  • Maraqlı

Oynaq ağrılarının hava ilə əlaqəsi varmı? – Mütəxəssis rəyi

User 06 Noyabr 2026 - 21:51
Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı yemek fastfud
  • Sosial

Fastfudun təhlükəsiz norması varmı? – Dietoloq vacib məqamı açıqladı

User 06 Noyabr 2026 - 20:58
  • Haqqımızda
  • Əlaqə
Copyright © Bütün hüquqlar qorunur | ReviewNews by AF themes.